Nağdəli Xəlilov vəfat etdi

08:51 17 Mart 2025

Rəssam Nağdəli Xəlilov vəfat edib.

Sitat.info xəbər verir ki, bununla bağlı “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə feysbuk hesabında paylaşım edib.

 Paylaşımda deyilir: “Ard-arda daha bir dostumuzu itirdik... Azərbaycan incəsənətində özünəməxsus dəsti-xətti olan rəssamı Nağdəli Xəlilov vəfat etdi”.  O, bu gün Mərdəkan qəbiristanlığında dəfn ediləcək.  

Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub.



Xəbər xətti