Oğlunun intiharında özünü günahlandıran ata özünü öldürdü

11:13 17 Mart 2025

Tovuzda 3 gün əvvəl intihar edən məktəblinin atası da özünə qəsd edib.

Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində özünü asaraq intihar edən 11-ci sinif şagirdi Ələkbər Səfərlinin atası bu gün intihar edib.

1977-ci il təvəllüdlü Muxtar Səfərov səhər saatlarında özünü yaşadığı evin çardağından asaraq həyatına son qoyub.

Qohumlarının verdiyi məlumata görə, hadisəyə səbəb M.Səfərovun oğlunun intihar etməsinə görə özünü bağışlamamasıdır.

Qeyd edək ki, martın 14-də atası ilə mübahisə edən 2007-ci il təvəllüdlü Ələkbər Səfərli həyətdə olan ot saxlancında özünü kəndirlə asaraq intihar etmişdi.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti