Prokuror avtomobil qəzasına düşdü

12:20 17 Mart 2025

Xızı rayonunun prokuroru Xəyalə Əlyəsə qızı Aslanova yol qəzasına düşüb.

Sitat.info xəbər verir ki, "Toyota” markalı maşın “Niva” markalı avtomobillə toqquşub.

"Toyota"da olan Xəyalə Aslanova qəza nəticəsində xəsarət alıb.

X.Aslanova və digər zərərçəkənlər Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Hazırda onun vəziyyəti qənaətbəxş hesab olunur, müalicəsi davam etdirilir.



Xəbər xətti