Nəzakət Qazıyeva vəfat etdi

16:35 18 Mart 2025

Aktrisa, rejissor-pedaqoq Nəzakət Qazıyeva 86 yaşında dünyasını dəyişib.

Sitat.info xəbər verir ki, bu haqda aktrisanın sənət dostları məlumat veriblər.

Qeyd edək ki, N.Qazıyeva 12 mart 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1956-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub, 1960-cı ildə həmin İnstitutun "Kino və teatr aktyoru" ixtisası üzrə xalq artisti, professor Mehdi Məmmədovun kursunu bitirib.

1957-ci ildən 1962-ci ilə qədər Azərbaycan Dövlət Filarmoniyasında aparıcı vəzifəsində çalışıb.

1962-ci ildən hal-hazıradək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor-pedaqoq kimi fəaliyyət göstərib.

O, Azərbaycan televiziya rejissoru, ssenarist Arif Qazıyevin həyat yoldaşı idi.



Xəbər xətti