Türkiyədə oteldə yanğın: ölən var

10:40 27 Mart 2025

Bursanın Uludağ bölgəsində yerləşən və aşkar edilən bəzi nöqsanlara görə bağlanan “Kervansaray” otelində yanğın baş verib.

Sitat.info xəbər verir ki, hadisə bu gün səhər saat 05:30 radələrində otelin kafe-restoran hissəsində başlayıb və sürətlə digər mərtəbələrə yayılıb.

İlkin məlumatlara görə, oteldə olan 13 nəfərdən biri həyatını itirib, 3 nəfər isə tüstüdən zəhərlənib.

Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin ağır olduğu bildirilir.



Xəbər xətti