Bakıda avtomobil 19 yaşlı qızı vurub

11:13 28 Mart 2025

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info-nun “Report”a istinadən məlumatına görə, 2006-cı il təvəllüdlü Qələndərova Nəzrin Yalçın qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.



Xəbər xətti