Xızıda yük maşınları toqquşdu: yaralılar var

18:52 10 Aprel 2025

Xızı rayonunda iritonnajlı yük maşınlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

Sitat.info xəbər verir ki, hadisə Bakı-Quba yolunun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

İritonnajlı yük maşınlarının toqquşması nəticəsində xəsarət alanlar var. Həmçinin ərazidəki yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti