Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEM Partiyasının nümayəndələrini qəbul edib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Görüşdə DEM Partiyasının nümayəndə heyətindən Sırrı Sürəyya Öndər və Pərvin Buldan iştirak edir.
Bildirilib ki, bu, Ərdoğanla partiya rəsmiləri arasında keçirilən ilk görüşdür.
Qeyd edək ki, DEM Partiyasının nümayəndə heyəti İmralı adasında PKK lideri Abdullah Öcalanla danışıqlar aparıb.
Xatırladaq ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına tərk-silah çağırışı edib.
***
Rəcəb Tayyib Ərdoğanla DEM Partiyasının rəsmiləri arasındakı görüş başa çatıb.
Məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, Prezident İqamətgahında baş tutan görüş 1 saat 25 dəqiqə çəkib.
***
Prezident Ərdoğanla görüşdən sonra Pərvin Buldan və Sırrı Süreyya Öndər yazılı açıqlama veriblər.
"Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyimiz görüş son dərəcə müsbət, konstruktiv, məhsuldar və gələcəyə ümid dolu bir atmosferdə keçdi. Prosesdə əldə olunanların əhəmiyyəti təsdiqləndi və növbəti mərhələlər qarşılıqlı olaraq dəyərləndirildi. Nümayəndə heyətimiz və partiyamız qarşıdakı dövrdə daha da güclü iradə və qayğı ilə sülh və demokratik cəmiyyət çağırışının həyata keçirilməsi istiqamətində işlərini davam etdirəcək. Biz bütün ölkəmizi məlumatlandırmaqdan şərəf duyuruq ki, bu gün dünənkindən daha ümidliyik" - açıqlamada deyilir.
Qeyd edək ki, bir müddət əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib.
Öcalanın adından yayılan yazılı müraciətdə “Silahı yerə qoyun!” çağırışı yer alıb.