Bakıda binanın eyvanı uçdu -FOTO

15:24 16 Aprel 2025

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Lütfizadə küçəsi 3-də 8-ci mərtəbədəki mənzilin eyvanı uçaraq dağılıb.

Sitat.info xəbər verir ki, bu barədə gənc alim Elyar İslamoğlu məlumat verib.

O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: "Xoşbəxtlikdən xəsarət alan yoxdur. Mənzil iş yoldaşımıza aiddir. Balkonun qəzalı olması ilə bağlı daha əvvəl "JEK"ə məlumat verilsə də, heç bir tədbir görülməyib". 

Nigar,

Sitat.info



Xəbər xətti