Braziliyanın "Santos" klubunun hücumçusu Neymar Braziliya çempionatının 4-cü turunda "Atletiko Mineyro" ilə (2:0) matç zamanı meydanı gözyaşları içində tərk edib.
Sitat.info- nun verdiyi məlumata görə sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.
Hücumçu matçın 34-cü dəqiqəsində əvəzlənib.
Bildirilib ki, braziliyalı futbolçuda martda onu narahat edən və altı həftə meydandan kənar qalmasına səbəb olan sol bud zədəsinin residivi baş verib.