"Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar kifayət qədər çətin gedir. Belə ki, Moskva və Vaşinqton sülhdən danışarkən, Avropa paytaxtları hərbi əməliyyatların davamına israr edərək "müharibə çalağanları"na çevriliblər".
Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Hələlik biz fikrimizi amerikalılarla təmaslarımız üzərində cəmləyirik. Xüsusilə də ona görə ki, məsələ kifayət qədər çətin gedir", - deyə Peskov Ukraynada vəziyyətin nizamlanması səylərini şərh edərkən bildirib.
O vurğulayıb ki, Moskva və Vaşinqton sülhdən danışsa da, Avropa paytaxtları birdən-birə "müharibə şahinləri"nə, "müharibə çalağanları"na çevriliblər və hərbi əməliyyatların davam etdirilməsində israrlıdırlar.