Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək

14:10 18 Aprel 2025

İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək.

Sitat.info-nun məlumatına görə, bu barədə "Azad İran" İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzinə istinadən xəbər verir.

Onun sözlərinə görə, İran Prezidentinin səfərindən əvvəl Bakıya Ərdəbil vilayəti və ölkənin şimal-qərb vilayətlərindən 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.



Xəbər xətti