Azərbaycan I Liqasında martın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb

17:54 18 Aprel 2025

Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində martın ən yaxşı qolunun müəllifi olan Pablo Alveş mükafatlandırılıb.

Sitat.info xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) Mətbuat Xidməti məlumat yayıb.

"İmişli" klubunun futbolçusuna mükafatı XXII turun "İmişli" - "Qəbələ" qarşılaşmasından əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.



Xəbər xətti