Lavrov: Moskva və Tehran buna əmindir

19:12 18 Aprel 2025

Moskva və Tehran onlara qarşı qanunsuz sanksiyaların təsirini sıfıra endirmək imkanlarına tam əmindir.

Sitat.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada İranın xarici işlər naziri Abbas Arakçı ilə görüşü ilə bağlı danışarkən deyib.

“Bu qanunsuz sanksiyaların təsirinin azaldılması və sıfıra endirilməsi üçün əlbəttə ki, ikitərəfli fəaliyyətimizi davam etdirəcəyik. Biz bunu edə biləcəyimizə tam əminik”, - o bildirib.



Xəbər xətti