Əxlaqsızlığa görə tutulan 85 yaşlı kişi molladır?

22:15 18 Aprel 2025

Sosial şəbəkələrdə cinsi zorakılıqda təqsirləndirilən və Naxçıvan kəndlərindən birində mollalıq etdiyi bildirilən 85 yaşlı şəxs molla və ya din xadimi deyil.

Sitat.info  Lent.az-a istinadən xəbər verir ki, bu sözləri Naxçıvan Qazısı yanında Şuranın sədri Əli Orucov deyib.

O bildirib ki, həmin şəxs nə Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin, nə də Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın qeydiyyatında olan bir dini icmanın üzvüdür və dini fəaliyyətlə məşğul olmayıb.

Buna görə də onun din xadimi kimi təqdim olunması əsassızdır.



Xəbər xətti