32 nəfərin zəhərləndiyi şadlıq sarayından açıqlama: "Çoxu panikaya düşdü..."

11:31 19 Aprel 2025

Ötən gücə Bakıda yerləşən "Venesiya" şadlıq sarayında kütləvi zəhərlənmə olub.  32 nəfər dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. 

 Xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.

Hadisə ilə bağlı "Sitat.info"nun əməkdaşı şadlıq sarayının rəhbərliyi ilə əlaqə saxlayıb.

Restoran administratoru baş verənləri belə izah etdi:

"Biz ən etibarlı firmalarla işləyirik. Zəhərlənməyə hansı məhsulun səbəb olduğunu dəqiq bilmirik. Siyahısını vermişik, araşdırsınlar. Hadisə belə oldu ki, əvvəlcə 4 nəfərin halı pisləşdi. 32 nəfərin hamısı zəhərlənməyib yəni.

Qalanları da panikaya düşdülər. Ona görə kütləvi müraciət oldu. Dördd nəfər ambulator müalicə aldı,

qalanları evə buraxıldı. Əslində çoxu panikaya düşüb, təcili tibbi yardıma getdi. Onların səhhətində böyük ciddi məsələ yox idi. Səs-küydü düşdü, məsələ böyüdü".

Aytac,

Sitat.info




Xəbər xətti