"Ermənistanın Rusiya ilə ittifaq dövlətinə daxil olması respublikanın təhlükəsizliyini təmin etmək üçün lazımdır".
Sitat.info xəbər verir ki, bunu aprelin 19-da Gümrü şəhərinin meri vəzifəsinə rəsmən başlayan Vardan Qukasyan NEWS.ru saytına verdiyi müsahibəsində deyib.
2026-cı ildə Ermənistanın baş naziri postuna namizəd olmağı planlaşdıran müxalif siyasətçi sabitlik və təhlükəsizlik zəmanətlərini hər şeyin əsası adlandırıb.
"İttifaq dövlətinə qoşulmaqla bugünkü dünyada hər şeyin təməli olan təhlükəsizliyi əldə edəcəyik. Ermənistan Rusiyanın nüvə müdafiə proqramının bir hissəsi olacaq və bununla birlikdə təhlükəsizlik və sabitlik zəmanətləri alacaq" , - deyə V.Qukasyan qeyd edib.
Gümrünün meri vurğulayıb: "Yalnız ölkəmizin təhlükəsizliyini təmin etməklə iqtisadiyyatı inkişaf etdirə biləcəyik".