Sumqayıt Tekstil Fabrikində 19 nəfər qidadan zəhərləndi

17:50 21 Aprel 2025

 

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.

Sitat.info xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.

Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın, 3 kişi olmaqla) hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib.

Məlumata görə, hazırda 14 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

 



Xəbər xətti