Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti Vanq Bin ilə görüşüb

19:36 21 Aprel 2025

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti Vanq Bin ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə bildirilib ki, Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpaolunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir.

Tərəflər "PowerChina Group" şirkəti ilə əməkdaşlıq, enerji sektoruna sərmayələrin cəlb olunması və bərpaolunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.



Xəbər xətti