Premyer Liqada XXXIII tura start verilir

11:59 2 May 2025

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək.

Günün yeganə oyunu Zirə İdman Kompleksində baş tutacaq.

“Zirə” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. 20:00-da başlayacaq görüşü baş hakim Rəvan Həmzəzadə idarə edəcək.

“Turan Tovuz” son 2 oyunda qol vurmayıb. “Zirə”nin son 2 ev matçı heç-heçə nəticələnib.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 64 xalla 2-ci, Kurban Berdıyevin komandası isə 49 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları mayın 3-4-də keçiriləcək.



Xəbər xətti