Sel Bakı-Şamaxı-Yevlax yolunu bu hala saldı

20:00 6 May 2025

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb. 

Sitat.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. 

Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.



Xəbər xətti