Tramp Səudiyyə Ərəbistanına səfər edib  

14:09 13 May 2025

Bu gün ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına yollanıb.

Sitat.info bu barədə xarici mediaya istinadən məlumat verir. 

Məlumata görə, Trampın təyyarəsini Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin F-15 qırıcıları müşayiət edir.

Qeyd edək ki, Wall Street və Silikon Vadisinin aparıcı simaları Səudiyyə Ərəbistanında görüşür. Trampın rəsmi səfəri ilə yanaşı, paytaxt Ər-Riyadda Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumu da başlayıb. Səudiyyə Ərəbistanı mediasının məlumatına görə, 1993-cü ildə qurulan Səudiyyə Ərəbistanı-ABŞ Biznes Forumunda hazırda ABŞ-dan təxminən 2000 dövlət və özəl sektor rəsmisi iştirak edir.

Səudiyyə Ərəbistanının İnvestisiya naziri Xalid bin Əbdüləziz əl-Falih açılış nitqində bildirib ki, forum Səudiyyə Ərəbistanı ilə ABŞ arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə öhdəliyin hər iki ölkənin və bütün dünyanın xeyrinə yeniləndiyi tarixi bir məqamda keçirilir. İnvestisiya naziri Falih bildirib ki, Səudiyyə Ərəbistanı qarşıdakı 4 il ərzində ABŞ-a 600 milyard dollarlıq yeni investisiyalar yatıracaq.

Aytac,

Sitat.info 



Xəbər xətti