Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qısa söhbət olub.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd edək ki, Ərdoğandan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Tiranada Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüb. Baş nazir Nikol Paşinyanın paylaşdığı videoda iki liderin ayrı-ayrılıqda görüşdüyü, iki ölkənin xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun da onlara qoşulduğu görünür.