İranda qadın evlilik təklifinə "yox" dediyi üçün öldürüldü

18:12 16 May 2025

İranın Kirmanşah bölgəsində 40 yaşlı Samirə Nurbəxş adlı qadın onunla evlənmək istəyən kişi tərəfindən güllələnərək qətlə yetirilib.

Sitat.info xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı xəbər verir.

Qadını öldürən 32 yaşlı cinayətkarın psixoloji problemləri olub. Qatil dəfələrlə xanımı evlilikdən imtina edərsə, öldürməklə hədələyib.

Təqsirkar hadisədən sonra qaçıb.



Xəbər xətti