Araqçi: İran nüvə hüququndan güzəştə getməyəcək

09:50 17 May 2025

İran zənginləşdirmə hüququndan imtina etməyəcək

 Sitat.info xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi bildirib.

 O bildirib ki, İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi çərçivəsində tanınan hüquqlardan, o cümlədən zənginləşdirmə hüququndan geri çəkilməyəcək.

Nazir qeyd edib ki, İran İslam Respublikası dinc məqsədli nüvə enerjisi sahəsində bilik və texnologiyanı inkişaf etdirməkdə qərarlıdır. O, ölkəsinin bu istiqamətdə istənilən güzəştdən imtina etdiyini vurğulayıb.



Xəbər xətti