Gəncədə 18 yaşlı gəncin bıçaqlanmasında şübhəli bilinən həmyaşıdı saxlanıldı

18:30 17 May 2025

Gəncədə 18 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən həmyaşıdı saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Maqsud Tağıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 18 yaşlı Rihat Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir



Xəbər xətti