Qəzzada son sutkada 136 nəfər İsrail hücumlarında həlak oldu

16:54 19 May 2025

İsrail ordusu 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 136 nəfər artaraq 53 min 475-ə yüksəlib.
Sitat.info xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyi  İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumatı paylaşıb.

Bildirilib ki, son 24 saatda 11-i dağıntılar altından çıxarılan 136 ölü, 364 yaralı Qəzzada xəstəxanalara çatdırılıb.

Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 3340 fələstinli həyatını itirib, 9357 nəfər isə yaralanıb. 

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 53 min 475, yaralı sayının isə 121 min 398 nəfərə yüksəldiyi açıqlanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Tehran,

Sitat.info



Xəbər xətti