Əfqanıstanda kömür mədənində partlayış: Ölən və yaralananlar var

15:10 21 May 2025

Əfqanıstanın şimalındakı Samanqan əyalətində kömür mədənində baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 2 nəfər yaralanıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki,  partlayış nəticəsində 7 şaxtaçı həyatını itirib, 2 yaralı isə xəstəxanaya aparılıb.

Samanqan Polis İdarəsinin sözçüsü Haşmetullah Rəhmani jurnalistlərə bildirib ki, partlayış kömür mədənində metan qazının toplanması nəticəsində baş verib.

Aytac,

Sitat.info 

 



Xəbər xətti