Bakıda avtomobil 58 yaşlı kişini vuraraq öldürüb

09:12 26 May 2025

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Sitat.info xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 81 saylı ünvanın qarşısında 1982-ci il təvəllüdlü Burlakov Andrey Aleksandroviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Mirzəliyev Asif Alməmməd oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.



Xəbər xətti