Sumqayıtda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində qeydə alınıb.
1958-ci il təvəllüdlü Behbudova Familə İldırım qızına məxsus, ümumi sahəsi 100 kvadratmetr olan fərdi yaşayış evi alovlanaraq tamamilə yanıb.
Əraziyə FHN-nin DYMX-nin canlə qüvvə və texnikaları cəlb olunub.
Yanğın tam söndürülüb və ətraf evlərə keçməsinin qarşısı alınıb, xəsarət alan olmayıb.
Yanğının səbəbləri araşdırılır