Qazaxda avtomobil divara çırpılıb, ölənlər var

08:22 5 İyun 2025

Qazax rayonunda ağır yol qəzası baş verib.

Sitat.info-nun məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.

Belə ki, "BMW" markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti