Aeroport yolunda yük maşını piyadanı vurub öldürdü

14:27 5 İyun 2025

Bakıda yük maşını qəza törədib.

Sitat.info xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.

Belə ki, “Ford Tranzit” markalı yük maşınının 1991-ci il təvəllüdlü sürücüsü Famil Faxrət oğlu Cavadov hərəkətdə olarkən, 1952-ci il təvəllüdlü piyada Arif Qədimulla oğlu Fətəliyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb.



Xəbər xətti