Çaylarda suyun səviyyəsi artdı

11:45 6 İyun 2025

Bəzi çaylarda sululuq artıb.

“Sitat.info” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qudiyalçayda 5 sm, Vəlvələçayda 4 sm, Qarasuçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 4 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 12 sm, Kür-Surrada 21 sm, Kür-Şirvanda 14 sm, Kür-Bankə və Kür-Salyanda 13 sm artım qeydə alınıb.



Xəbər xətti