"Tesla" bu ilin ən çox itki verən şirkəti kimi tarixə düşdü

15:43 6 İyun 2025

“Tesla” bu il 380 milyard dollarlıq itki ilə dünyada ən zəif nəticə göstərən böyük kapitala malik şirkət olub.

Sitat.info xəbər verir ki, elektrikli nəqliyyat vasitələrinə tələbatın azalması, Baş icraçı direktor İlon Maskın sağçı qruplarla əlaqələri fonunda yaranan siyasi qalmaqalları və ABŞ Prezidenti Donald Trampla mübahisəsi bu vəziyyətə gətirib çıxarıb.

 Bu, Maskın X sosial şəbəkəsində prezidentin imza atdığı vergi və xərcləmə qanun layihəsini sərt tənqid etməsindən sonra baş verib.

“Tesla Inc” şirkətinin bazar dəyəri bu il ərzində 29,3% azalaraq 917 milyard dollara düşüb və bu, dünyanın iri şirkətləri arasında ən böyük azalma göstəricisidir.



Xəbər xətti