Rusiyada daha bir təyyarə qəzası: ölənlər var

16:21 28 İyun 2025

Rusiyanın Moskva vilayətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

"Yak-52 təyyarəsi Moskva vilayətinin Kolomna şəhəri yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, 4 nəfər həlak olub", - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Primorski diyarında Novonejino aerodromunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması ilə bağlı məlumat yayılıb.



Xəbər xətti