Türkiyədə qəzaya uğrayan “M20J” tipli tək mühərrikli təyyarənin qalıqları tapılıb.
Sitat.info “TRT Haber”ə istinadən xəbər verir ki, təyyarədəki qadın sərnişin sağ qalıb, pilot Mehmet Demirci isə ölüb.
Məlumata görə, təyyarə Ərzurumun Bayburtla sərhəddə yerləşən Pazaryolu ərazisində qəzaya uğrayıb.