Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" UEFA Avropa Liqasının I təsnifat mərhələsində Finlandiyanın "Tampereen İlves" klubu ilə qarşılaşıb.
Sitat.info xəbər verir ki, Sloveniyanın paytaxtı Lyublyanadakı “Stojice” stadionunda çıxış edən "Şaxtyor" matça güclü başlayıb, 26-cı dəqiqədə Alisson Santananın qolu ilə önə keçib. 43-cü dəqiqədə Kaua Elias komandanın ikinci qolunu atıb və ilk hissə "Şaxtyor"un 2:0 hesablı üstünlüyü ilə başa çatıb. İkinci hissəyə "Şaxtyor" fırtınası davam etdi və Arda Turanın komandası 48-ci dəqiqədə Alissonla hesabı 3-0 etdi. 74-cü dəqiqədə Kevin dördüncü dəfə topu tora qovuşdurdu. Pedrinyo 88-ci dəqiqədə fərqlənib və cəmi iki dəqiqə sonra Nyuerton "Şaxtyor"un altıncı qolunu vurdu. Qalan dəqiqələrdə daha qol olmadı və “Şaxtyor” ilk oyunda 6:0 hesablı qələbə qazanaraq, pley-off mərhələsinə ciddi üstünlük qazandırdı.
Əlisahib İbrahimli
Sitat.info