"Daşnaksütyun" partiyasının gənclər qanadının üzvü Andranik Çamıçyan iki ay müddətinə həbs olunub.
Sitat.info xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan bildirib.
"Andranik Çamıçyan terror aktının hazırlanması işi üzrə təqsirləndirilir", - o qeyd edib.
Xatırladaq ki, iyulun 10-da “Daşnaksütyun” partiyasının bir neçə üzvünün evlərində axtarışlar aparılıb və nəticədə yeddi nəfər saxlanılıb.
Sitat.info