Qazax rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.
Sitat.info-nun məlumatına görə, hadisə iki avtomobilin toqquşması nəticəsində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı 1979-cu il təvəllüdlü Ə.Nurməmmədov, 2005-ci il təvəllüdlü İ.Poladov, 1979-cu il təvəllüdlü F.Əsgərov və 2007-ci il təvəllüdlü X.Cəfərov xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.