Saatlıda yeniyetmə Araz çayında boğuldu

15:05 18 İyul 2025

Saatlı rayonu ərazisində Araz çayında yeniyetmənin boğulması ilə nəticələnən hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Araz çayının Saatlı rayonunun ərazisindən keçən hissəsində olub. Saatlı şəhər sakini 2012-ci il təvəllüdlü Kənan Xəqani oğlu Ramazanlı Araz çayında çimərkən suda boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hazırda axtarış işləri davam etdirilir.



Xəbər xətti