Bakıda ağır qəza: qadın öldü

09:41 19 İyul 2025

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

Hikmət İskəndərovun idarə etdiyi VAZ-21011 markalı avtomobilin yol kənarında dayanmış "Mitsubişi" markalı yük avtomobili ilə toqquşması nəticəsində sərnişin 1980-ci il təvəllüdlü Azadə İsgəndərova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü H.İskəndərov və sərnişin 2008-ci il təvəllüdlü Zənurə İsgəndərova müxtəlif xəsarətlər ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb.



Xəbər xətti