Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb.
FHN-in Mətbuat xidmətindən Sitat.info-dan verilən məlumata görə, iyulun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ərazisində nəzarətsiz ərazidə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Axtarışlar nəticəsində dənizdə batmış 2007-ci il təvəllüdlü İsmayılov Məhəmməd Oruc oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sitat.info hadisənin təfərrüatlarını öyrənib. Belə ki, dənizə yüksəkdən atılan gəncin başı qayaya çırpılıb.