Xəbər verdiyimiz kimi, iyulun 22-də Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb.
Sitat.info gəncin yaxınları ilə əlaqə saxlayıb.
Məlumata görə, bu gün axtarışlar nəticəsində 2007-ci il təvəllüdlü İsmayılov Məhəmməd Oruc oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, M.İsmayılov nəzarətsiz ərazidə boğulub. Belə ki, 18 yaşlı gənc qayalıq ərazidə suya baş vurarkən başının qayaya çırpılıb, aldığı xəsarətdən dolayı suda köməksiz vəziyyətdə qalıb və xilas ola bilməyib.
Bu dəhşətli faciə yaşanmasaydı, Məhəmməd İsmayılov bu gün hərbi xidmətə yola düşəcəkdi.
Allah rəhmət eləsin
Məğrur,
Sitat.info