Rusiyada sərnişin təyyarəsi qəzaya uğradı- 49 nəfər həlak oldu

11:04 24 İyul 2025

Rusiyanın Amur vilayətində göyərtəsində 46 sərnişinin olduğu An-24 təyyarəsi yoxa çıxıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Xabarovsk-Blaqoveşensk-Tında reysi ilə uçan təyyarə ilə əlaqə kəsilib.

***

An-24 təyyarəsinin qalıqları Tında şəhərindən 15 km aralıda tapılıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, An-24 yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 10:00) qəzaya uğrayıb.

Təyyarədə 49 nəfər – 43 sərnişin, 6 heyət üzvü olub.

Bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

 



Xəbər xətti