Nazirlikdən aktyorun corab satmasına reaksiya

15:42 25 İyul 2025

Allahverdi Yolçuyevlə bağlı məsələlər Mədəniyyət Naziliyinin diqqət mərkəzindədir. Aktyor dövlət tərəfindən təqaüdlə təmin olunub. Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib, həmçinin mövcud qanunvericilik çərçivəsində əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir.

Bu barədə Mədəniyyət Nazirliyindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, aktyor A.Yolçuyevin dərmanlarını almaq üçün corab satdığı üzə çıxıb.



Xəbər xətti