Yük maşını aşdı: ölən var

09:13 1 Avqust 2025

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Sitat.info xəbər verir ki, hadisə Əsədli kəndində qeydə alınıb.

Belə ki, QAZ-53 markalı yük avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti