Bakıda ağır qəza: İki avtomobil toqquşdu - VİDEO

10:10 8 Avqust 2025

Xəzər rayonu, Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Vətəndaşlar bu barədə "Sitat.info"ya məlumat veriblər, qəzadan sonrakı vəziyyəti lentə alıblar.

Bildirilir ki, "Mehriban qonşular" adlanan ərazidə "Mersedes" markalı avtomobillə "Ford"markalı avtomobil toqquşub. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 Sürücülərin yüngül xəsarət aldığı bildirilir. 

Məlumata görə, həmin istiqamətdə tənzimləyici yol nişanı mövcud deyil.

Sitat.info videolenti təqdim edir:

Səid,

Sitat.info

 



Xəbər xətti