Dağlıq yerdə velosipeddən yıxılan yeniyetmə öldü

11:54 28 Avqust 2025

Qəbələdə yeniyetmə velosipeddən yıxılaraq ağır xəsarət alıb.

Sitat.info  xəbər verir ki, hadisə Abrıx kəndinin dağlıq ərazisində qeydə alınıb.

Belə ki, müxtəlif dərəcəli xəsarətlər alan 15 yaşlı Ömər Zəkəriyəyev xəstəxanaya yerləşdirilib.

Aparılan tibbi müdaxilələrə baxmayaraq, o, iki gün sonra xəstəxanada vəfat edib.



Xəbər xətti