Xəzər rayonu, Binə qəsəbəsinin Sovxoz adlanan ərazisində yerləşən "Binə Aqro" şirkətinin istixanaları yanır.
Bu barədə "Sitat.info"-ya həmin ərazidə yaşayan sakinlər məlumat verib.
Bildirilib ki, yanğının miqyası qısa zamanda genişlənib. Tüstü qəsəbəni bürüyüb, sakinlər zəhərlənmə ehtimaldan qorxurlar:
“Qapı-pəncərəni bağlamışıq, çöldə kəskin qoxu var”
Sitat.info