Əfqanıstanda zəlzələdə ölən və yaralananların sayı artdı - Dəhşətli rəqəmlər...

14:59 2 Sentyabr 2025

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1411 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, xəsarət alanların sayı 3124 nəfər olub.

"5400-dən çox ev isə tamamilə dağılıb", - o vurğulayıb.



Xəbər xətti